Ümummilli Lider Heydər Əliyevin layiqli
davamçısı olan Cənab Ali Baş Komandan, İlham Əliyevin əmri ilə 2020-ci il
sentyabr ayının 27-də Azərbaycanda qismən səfəbrəlik elan edildi. Hərbi
komissarlıqların qarşısı böyük izdihamla doldu. Bu Cənab Ali Baş Komandan İlham
Əliyevin legitimliyindən və xalq birliyindən xəbər verirdi. Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu
azadlıq 3000 nəfər şəhidin canı, qanı bahasına başa gəldi. Şücaət göstərərək şəhid
olmuş döyüş yoldaşlarının meyitini döyüş meydanından çıxararkən bir çox əsgərlərimiz
qazi oldu. Bir tərəfdən girişi olan, alınmaz qala olan Şuşaya əsgərlərimizin
qayalara dırmanaraq girməsi düşmənin bağrını yardı. Şuşanın, Fərruxun və Buzluq
yüksəkliyinin azad edilməsi ilə düşmənin həm mülki əhali yaşayan, həm də hərbi,
canlı qüvvəsi olan ərazilərimizə nəzarət ixtiyarımıza keçdi. Beləliklə Dəmir
Yumruq özündən razı düşmənin təkəbbürlü başına endi.
Lakin Dəmir Yumruğun öldürücü zərbəsindən
hələ də nəticə çıxarmayan düşmən 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən
gecə Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan
istiqamətlərində atəşkəs rejimini kobudcasına pozub. Bu təxribatın qarşısını
alarkən Azərbaycan ordusunun 50 hərbi qulluqçusu şücaət göstərərək qəhrəmancasına
şəhid olmuşdur. Lakin şəhidlərimizin qanı yerdə qalmadı. Bunun qarşılığı olaraq
erməni hərbi birləşmələri özlərinin etiraflarına görə 400-ə yaxın canlı qüvvəsini
itirmiş, sağ qalan üzdəniraqlar isə qorxularından hərbi texnikalarını qoyub
qaçmış, Ermənistan ərazisinin 10 kvadrat kilometr ərazisi Azərbaycanın nəzarətinə
keçdi.
Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Bütün
bu qeyd etdiklərimi nəzərə alaraq mən Xocalı rayon gənci Həsənli Pərviz olaraq
həmişə demişəm, deyirəm və deyəcəyəm. “ Türkün qisası çox ağır olur.”Pərviz Həsənli,Xocalı rayon gənci